EN

Şəkər xəstələri TƏHLÜKƏDƏ: Apteklərdə “Metformin” niyə tapılmır? - BELƏ DAVAM EDƏRSƏ...

Son zamanlar apteklərdə dərmanların tapılmaması ilə bağlı şikayətləri tez-tez eşidirik. Sosial şəbəkələrdə də dərman çatışmazlığı ilə bağlı paylaşımlar qarşımıza çıxır. Bu problemlə üzləşən paytaxt sakinlərinin sayı isə kifayət qədər çoxdur.

Onlar arasında xüsusilə şəkərli diabetin müalicəsində istifadə olunan "Metformin" dərmanının tapılmaması ilə bağlı narazılıqlar artır.

Xəstəliklə mübarizə apteklərdən başlayır, amma redaksiyamıza ünvanlanan şikayətlərdə bildirilir ki, əsasən şəkərli diabetin idarə olunmasında istifadə olunan dərman vasitəsi “Metformin” apteklərdə tapılmır. Sözügedən dərman vasitəsi daha çox tip 2 diabet xəstəliyinin müalicəsində təyin edilir, amma bəzi hallarda polikistik over sindromu (PCOS) kimi digər xəstəliklərdə də istifadə edilə bilər.

Bu, ilk belə problem deyil. Bir müddət öncə xüsusilə “Varfarin” adlı dərmanın apteklərdən yoxa çıxması məsələsini gündəmə gətirmişdik. Qan laxtalanmasını tənzimləyən bu dərman bir çox ürək xəstəsinin həyatını qurtaran əhəmiyyətli bir vasitədir və onun tapılmaması ciddi narahatlıqlara səbəb olmuşdu.

Amma görünən odur ki, məsələ problem kimi qalmaqda davam edir.

Bəs dərmanla təminat məsələsində mövcud olan problemin səbəbi nədir? Sözügedən dərman vasitəsi ölkəyə gətirlir?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Analitik Ekspertiza Mərkəzindən (AEM) Bizim.Media-ya bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman vasitələrinin idxalı özəl şirkətlər tərəfindən həyata keçirilir.

“2025-ci ilin ilk 6 ayı ərzində ölkəyə aşağıdakı miqdarda “Metformin” tərkibli dərman vasitəsi idxal olunub:

Kombinasiya olunmamış, yalnız metformin (500 mq, 850 mq, 1000 mq) tərkibli tablet formasında dərman vasitələrinin ümumi idxal miqdarı 638 696 qutu təşkil edib.

Bu göstəricidən 32 448 qutu “Metformin Denk” adlı dərman vasitəsinin payına düşür (500 mq, 850 mq, 1000 mq dozalarla)”.

Qeyd edilib ki, “Metformin” yalnız bir ticarət adı deyil. Ölkəyə bu tərkibli müxtəlif adlarla dərman vasitələri idxal olunub.

“Onlara misal olaraq Asformin, Metforiks, Glucofage, Siofor və s. preparatları göstərmək olar”.

Mərkəz vətəndaşlara müraciət edərək bildirib ki, apteklərdə və ya özəl tibb müəssisələrində dərman təminatı ilə bağlı şübhəli və ya qeyri-qanuni hallar müşahidə etdikdə bu barədə AEM-ə məlumat versinlər”.

Chosen
5
11
hurriyyet.az

10Sources