EN

Ermənistanda həbs edilən arxiyepiskoplar aclıq aksiyasına başladılar

Ermənistanda

Ermənistan Apostol Kilsəsinin həbsdə olan arxiyepiskopları — Bağrat Qalstanyan və Mikael Acapaxyan 5 iyulda Konstitusiya Günü ilə əlaqədar bir günlük aclıq aksiyası elan ediblər. Bu barədə Acapaxyanın vəkilləri tərəfindən yayılan bəyanatda deyilir.“Bizə qarşı aparılan anti-konstitusion prosesləri pisləyərək, 5 iyul tarixində **bir günlük aclıq elan edirik,” – deyə bəyanatda vurğulanır.Xatırladaq ki, 26 iyun tarixində Ermənistanda müxalifətçi “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Bağrat Qalstanyan saxlanılıb. İstintaq orqanları onun və tərəfdarlarının ölkədə terror aktları planlaşdıraraq hakimiyyəti ələ keçirməyə cəhd etdiklərini iddia edir.Arxiyepiskop Acapaxyan isə ertəsi gün tutulub. Ona qarşı hakimiyyətin zorla devrilməsinə çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorla dəyişdirilməsi kimi ağır ittihamlar irəli sürülüb.Ulusum.az

Diqqət Çəkənlər

Trampdan Şok Açıqlama: ABŞ-ın Ukraynaya silah yardımı ehtiyatları tükəndirir

DİN: Yaşayış yerində gizlədilən 17 kiloqram marixuana ifşa olundu

Tarixin ən böyük yalanı ifşa olundu – piramidaları qullar yox, peşəkarlar inşa edibmiş!

Chosen
24
25
ulusum.az

10Sources