İzmir Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Tunç Soyer həbs edilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan T.Soyer İzmir Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunub.
Qeyd edilib ki, iyulun 1-dən bəri bu işlə əlaqədar saxlanılan 139 nəfərdən 21-i ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, 99-u barəsində həbs qətimkan tədbiri, 19-u barəsində isə polis nəzarətinə götürülmə tələbi irəli sürülüb.