EN

Şirin mövsüm

“İmişli”nin Kasqilyanı baş məşqçi təyin etməsi səbəbsiz gülüş kimi təhlükəli bir şeydir. Heç olmasa, adı Kastilya olsaydı…

Kasqilya nədir? Belə portuqal ilk dəfə eşidirik.

Bu adamın adı da III Liqa portuqaliyalısıdır.

Di gəl, “İmişli”yə bu tragikomik anormallığa görə gözün üstə qaşın var deyən olacaqmı?

Niyə?

Çünki idarəetmə mexanizmi dincə qoyulub…

Bu klubun hələ nə mətbuat xidməti var, nə yeri-yurdu, nə prezidentinin fikirləri məlumdu, nə ictimaiyyətə təqdimatı olub, amma Kasqilyası var.

Səbəbsiz gülüş təhlükəsi davam edir: “İmişli” ev oyunlarını Ağsuda keçirə bilər.

Bəli!

Özündə 8 min yerlik stadion ola-ola ole-ole… Ağsudakı stadionda rekonstruksiya (?) işləri görüb ora köçəcəklər.

Cilvələnib PL-də klub sayını 8-dən 10-a, ondan da 12-ə çatdıran AFFA yaranan anormallığa nəinki çarə tapa bilmir, xaosun dərinləşməsinə seyrçi qalmasa yaxşıdır…

Hələ APL-in yeni sakini “Karvan”a baxın. Liqaya vəsiqə qazanandan bəri ot örtüyündən başqa heç nəylə gündəmə gəlmir; o da gah süni, gah təbii – hələ məxrəci tapa bilməyiblər.

Rəhbərlik?
Nə bilək…

Baş məşqçi, heyət?
Nə bilək…

Mətbuatla əlaqələndirici?
Ola bilər…

Yəni naməlumluq saçan daha bir klubla şölələnən Premyer Liqamızın 2025/26 mövsümünün çox şirin keçəcəyini indidən proqnozlaşdırmaq olar.

Elçin Cəlilov

Chosen
45
23
futbolpress.az

10Sources