EN

Telefon almaq istədilər, dələduzluğun qurbanı oldular - Video

Paytaxtın Sabunçu qəsəbəsinin sakini Sona Bağırova və onun yenityetmə oğlu telefon almaq istəyərkən dələduzluqla üzləşiblər.

“Qafqazinfo” xəbər verir ki, zərərçəkənlər telefon almaq üçün instaqramdakı bir satış səhifəsinə müraciət edib.

Ana-oğul səhifəni işlədənlərin onlardan istədikləri pulu ödəyib. Onlara telefonun sifariş edildiyi və poçtla göndəriləcəyi deyilsə də, vədə əməl olunmayıb.

Şikayətçi dələduzların tapılmasını, onlar barəsində tədbir görülməsini istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

Daha ətraflı Xəzər TV-nin süjetində:

Chosen
16
29
qafqazinfo.az

10Sources