EN

Zerrin Tekindor 2 ildən sonra qayıdır

Türkiyəli aktrisa Zerrin Tekindorun yeni layihəsi bəlli olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 2 illik fasilədən sonra “Çok Uzak, Çok Yakın” serialında rol alacaq. O, ekran işində "İlter" obrazı ilə "Ayşe"nin (Funda Eryiğit) qayınanası obrazına həyat verəcək.

Qeyd edək ki, "NOW" kanalında yayımlanması planlaşdırılan serialda baş rollardan birini Caner Cindoruk canlandıracaq.
Chosen
8
9
sherg.az

10Sources