Klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürüb.
“Qafqazinfo” xəbər verir ki, bu mərhələnin ilk oyununda Braziliya təmsilçisi “Fluminense” Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” ilə qarşılaşıb.
Matç “Fluminense”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Braziliya klubu yarımfinalda “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) matçının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirə iyulun 13-də yekun vurulacaq.