EN

Dünya çempionatı: İlk yarımfinalçı müəyyənləşdi

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşib.

Far.Az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyununda Braziliyanın “Fuluminense” klubu Səudiyyə Ərəbistanının “Əl Hilal”ını 2:1 hesabı ilə məğlub edib.

Oyunda hesabı 40-cı dəqiqədə “Fluminense”dən Martinelli açıb. 51-ci dəqiqədə Markos Leonardo hesabı bərabərləşdirib. Görüşün 70-ci dəqiqəsində Erkules Pereyra du Nasimento braziliyalıların qələbə qolunu vurub.

“Fuluminense”nin yarımfinaldakı rəqibi “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) gürüşünün qalibi olacaq. Filadelfiyadakı “Linkoln Finansial Field” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Chosen
9
22
far.az

10Sources