ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Koroğlu metrostansiyasının qarşısında, şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, idarəetməni itirən sürücü nəqliyyat vasitəsi ilə beton səddin üzərinə çıxıb və işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, yaralananlar var. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub. Ətrafda olan vətəndaşlar da yaralılara kömək etməyə çalışıblar.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.