Ajans.az xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Van Yi deyib. Çin diplomat deyib: “ABŞ-nin İranın nüvə obyektlərini bombalaması nüvə fəlakətinə gətirib çıxara bilər. Bunun əvəzini bütün dünya ödəyəcək. Müharibə İran problemini həll edə bilməz”.

Van Yi Tehranın nüvə silahı hazırlamayacağına əminliyini ifadə edib. O, həmçinin Çinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etdiyini vurğulayıb.