Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza Goranboy–Aşağı Ağcakənd avtomobil yolunun Meşəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü A.Qurbanov idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən, Xocalı rayon sakini, hazırda Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 1965-ci il təvəllüdlü E.Məmmədovun sürdüyü "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində A.Qurbanov xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.