Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Amerikanın Çikaqo şəhərində gecə klubunun qarşısında atışma olub. Hadisə nəticəsində azı 3 nəfər həlak olub, 10-dan çox insan yaralanıb. Avtosfer.az xəbər verir ki, bu barədə CBS telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
“Çərşənbə günü axşam Çikaqo şəhərinin mərkəzindəki gecə klubunun qarşısında baş verən atışmada azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb”, - məlumatda belə deyilir.
Bildirilir ki, naməlum şəxslər gecə klubundan çıxan insanlara hərəkətdə olan avtomobildən atəş açıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.