EN

Rusiyada 14 yaşlı yeniyetmə terrorçu siyahısına salınıb

Apreldə 14 yaşını qeyd edən Orenburq şəhərinin sakini Əmir Şaqatov Rosfinmonitorinq tərəfindən terrorçu və ekstremistləri siyahısına daxil edilib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, agentliyin saytında dərc olunan məlumatdan aydın olur. Adı terrorçuların reyestrinə daxil edilən yeniyetmə 2011-ci il aprelin 13-də anadan olub. O, siyahıda ən gənc şəxsdir.

Qeyd edək ki, 3 iyul 2025-ci il tarixinə Rosfinmonitorinqin siyahısında 816 təşkilat və 17 820 fiziki şəxs olub.

 

Musavat.com

Chosen
25
4
musavat.com

3Sources