EN

Seul Varşavaya 180 K2 markalı 117 tank satıb

Polşa və Cənubi Koreya silah tədarükünə dair müqavilə imzalayıb. “Renhap” yazır ki, Seul Varşavaya 180 K2 tanklarını 6 milyard dollardan çox qiymətə satacaq.

İki ölkənin rəsmiləri müqavilənin şərtlərini açıqlamayıblar. “Renhap” agentliyinin məlumatına görə, 117 tank Cənubi Koreyadakı “Hyundai Rotem” zavodunda, qalanları isə Polşadakı zavodda istehsal olunacaq. Cənubi Koreyanın müdafiə naziri Seok Jong-gun, “K2 tanklarının ixracına dair ikinci razılaşma Cənubi Koreya və Polşa arasında silah sahəsində güclü əməkdaşlığı təsdiqləyir” – deyib.

Tankların satışı üzrə sövdələşmə Varşava və Seulun 2022-ci ildə imzaladığı bir sıra sazişlərin davamıdır. Polşa hakimiyyəti Kiyevə yardım üçün xərclərini artırdıqdan sonra ölkə K9 özüyeriyən haubitsaları və FA-50 hücum təyyarələri də alıb.

//Samir Qurbanov, Editor.az

Chosen
37
editor.az

1Sources