EN

Naxçıvan Perinatal Mərkəzi tibbi avadanlıqların alınmasına 1,1 milyon xərcləyəcək

BAKI, 4 iyul. TELEQRAF

"Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi" publik hüquqi şəxsi tibbi avadanlıq və cihazlar almağa qərar verib.

Teleqraf xəbər verir ki, PHŞ tibbi cihazlar, avadanlıqlar və alətlərin satınalınmasına 1 milyon 121 min 502 manat xərc çəkəcək.

Qeyd edək ki, bu yöndə elan edilən tenderdə iştirak etmək istəyən təchizatçılar 600 manat məbləğində iştirak haqqı ödəməlidirlər. Təkliflərin təqdim olunması və zərflərin açılış tarixi isə 1 avqust tarixinədəkdir.

Chosen
28
7
teleqraf.com

8Sources