EN

"Arsenal" ona görə 90 milyon ödəyir: Möhtəşəm "üçlük" qurmaq üçün

"Arsenal" "Real"ın hücumçusu Rodriqonun potensial transferini fəal şəkildə öyrənməyə davam edir.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayyıb.

"Topçular" bu transfer üçün 90 milyon avrodan çox ödəməyə hazırdır. Futbolçu klublararası dünya çempionatı zamanı onu narahat etməməyi xahiş edib. Dünya çempionatından sonra danışıqların aktiv mərhələsinin başlayacağı gözlənilir.

"Arsenal" öz növbəsində, Rodriqonun fonunda bir layihə qurmağı planlaşdırır. "Topçular" hücumda Viktor Qyökereş (Sportinq) və ya Benjamin Şeşko (Leypsiq), Bukayo Saka və Rodriqo triosunu görmək istəyirlər.

Chosen
1
23
publika.az

10Sources