EN

Azərbaycan hərbçiləri “Anadolu Qartalı-2025” beynəlxalq təlimində iştirak ediblər – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti Türkiyədə keçirilən “Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimində iştirak edib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, təlim müddətində iştirakçılara təhlükəsizlik qaydaları, hərəkət marşrutları, icra olunacaq tapşırıqlar, meteoroloji vəziyyət barədə brifinq təqdim olunub.

Ssenarinin praktiki icra mərhələsində texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra hərbi pilotlarımız aviabazadan qrup şəklində uçuşlar həyata keçirərək, hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər.

Plana uyğun olaraq, hərbi pilotlarımız hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçiriblər.

İyulun 4-də Konya şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan HHQ-sinin şəxsi heyətinin “Anadolu Qartalı-2025” beynəlxalq taktiki-uçuş təlimi zamanı sərgilədiyi yüksək peşəkarlıq xüsusi vurğulanıb.

Qeyd edək ki, iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığı, birgə fəaliyyət qabiliyyətini və döyüş hazırlığını artırmaq məqsədilə keçirilən təlimdə Azərbaycan, ABŞ, İordaniya, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-nun HHQ nümayəndələri iştirak ediblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2033f19fd4d6d1fe24ff8613d4f35be7

a615fe77e311059cf8dda211ed5e5347

fb4c2cb25e100397a4d0253137169854

33b35e481010e5ac02d69d6d9666dede

7c245fc2a51468daaf014c4a44ec949c

a85a05f955b79b824d75fd88233c6565

643fef5140acc33cc1232778a8c0047f

Chosen
3
10
poliqon.az

10Sources