“Pumas” klubu Aaron Remzinin transfer edib.
90deqiqe.Az-ın məlumatına görə, uelsli yarımmüdafiəçi Meksika təmsilçisinə azad agent statusunda qoşulub.
Onun “Kardiff Siti” ilə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatıb.
Təcrübəli futbolçu ötən mövsümün son bölümünü zədə səbəbindən buraxsa da, eyni zamanda “Kardiff”in məşqçi heyətində fəaliyyət göstərirdi. Lakin klub Çempionşipdə sonuncu yeri tutaraq İngiltərə 1-ci Liqasına yuvarlandı.
“Pumas” isə Meksika çempionatının ötən mövsümündə Aperturada 4-cü, Klausurada isə 10-cu pillədə qərarlaşmışdı.