BAKI, 4 iyul. TELEQRAF
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-ların 500 min manatdan çox qrantın ayrılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında bildirib.
"KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə KOBİA-nın 7-ci qrant müsabiqəsinin nəticələri məlum oldu. Ekspert Komissiyasının bugünkü iclasında KOB-ların 30 layihəsinə 500 min manatdan çox qrantın ayrılması barədə qərar qəbul edildi", - o qeyd edib.