EN

Qarabağda daha 44 abidə dövlət mühafizəsinə götürülüb FOTOLAR

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, yeni qərara əsasən, Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonlarında tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 44 yeni abidə daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına əsasən, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 550 abidənin inventarlaşdırılması başa çatdırılıb. Eyni zamanda aparılan monitorinq nəticəsində 402 obyekt yeni aşkar olunmuş abidə kimi qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, bu abidələrin bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən vandalizmə məruz qalıb. Belə ki, 68 abidə tamamilə dağıdılıb, 114 abidəyə ciddi ziyan dəyib, digər abidələr isə müxtəlif dərəcələrdə zədələnib və bəziləri hətta tövlə kimi istifadə olunub. Xatırladaq ki, daşınmaz tarix-mədəniyyət abidələrinin indiyədək qüvvədə olan siyahısı 2001-ci ildə təsdiqlənmişdi. Təhlillər nəticəsində həmin siyahıda bir sıra ciddi çatışmazlıqlar – abidələrin adları və tarixlərində uyğunsuzluqlar, habelə mühüm obyektlərin reyestrə daxil edilməməsi halları aşkar edilib. Hazırda Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurası tərəfindən siyahının yenilənməsi və abidələrin dövlət mühafizəsinə götürülməsi prosesi davam etdirilir. AzVision.az

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
3
azvision.az

10Sources