EN

Baş nazir İqƏT-in Xankəndi Zirvə görüşündə Qazaxıstanın təkliflərini açıqlayıb

Qazaxıstanda Ətraf Mühit Sammitinin keçirilməsini təklif edirik.

APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) 17-ci Zirvə görüşündə bildirib.

Qazaxıstan Baş naziri İqƏT-in 2035-ci Strategiyasının qəbulunu vacib sayıb: “İnanıram ki, bu Strategiya noyabrda Qazaxıstanda İqƏT Xarici İşlər Nazirlərinin Şurasında qəbul ediləcək”.

Qazaxıstan Baş naziri İsrail-İran qarşıdurması zamanı ölkəsinin vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib. O bildirib ki, Zirvə görüşünün Xankəndində keçirilməsi Azərbaycanın sülh və inkişafa dəstəyini ortaya qoyur.

Chosen
2
26
apa.az

10Sources