EN

Zahid Oruc: Xüsusilə, informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək üçün reallıqlara uyğun standartların tətbiqi vacibdir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

“Ötən 3 ildə media qanununa tabe olaraq, fəaliyyətini milli mənafelər və hüquqi tələblər çərçivəsində aparanlarla yanaşı, daxildə mövqeyi sarsıldığı üçün xaricdə formalaşdırılan terror mediası, hansı ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən barələrində həbs qəti imkan tədbiri seçilib, o cümlədən, boz zonalarda qalan, yalnız hakimiyyət orqanlarına qarşı böhtanla gəlir mənbələrini, oxucu auditoriyasını artıran medialar hələ də mövcuddur”.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Zahid Oruc bildirib ki, Azərbaycanı tərk edən aşağı savadlı, lakin heç bir mənəvi-əxlaqi normanı gözləməyən - terror mediası jurnalist vəsiqəsi daşıyıcıları, menecerlər, ekspertlər ölkə hüdudlarından kənarda gündəlik rejimdə Azərbaycan hakimiyyətinə deyil, məhz dövlətə və milli mənafelərə qarşı düşmənçilik kampaniyası aparırlar: “Trampın hakimiyyətə gəlməsi ilə USAİD və onunla birlikdə şəbəkəli fəaliyyət göstərən qurumların maliyyə mənbələrinə külli miqdarda zərbə vurub. Dövlətdən asılılıqdan azad olmağı dünyada təşviq edənlər özləri büdcədən birbaşa qidalanırlar. USAİD-in fəaliyyətinin dayandırılması dünyada demokratiyanı azaltmayıb, əksinə, ölkələrin daxili işlərinə müdaxilələr, rejim dəyişdirmə əməliyyatları kəskin azalıb. Beləliklə, informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Media subyektlərinin, xüsusilə, informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
apa.az

10Sources