EN

Binəqədidə kanalizasiya fəlakəti - FOTO

Binəqədi qəsəbəsinin II Mədən küçəsində yerləşən 90-cı korpusun qarşısında çirkab suları küçəyə axır.

Yenisabah.az milli.az xəbər verir ki, bu vəziyyət uzun müddətdir davam edir və əsas səbəb kanalizasiya sisteminin köhnəlməsidir. Köhnə və istismar müddətini tamamlamış borular artıq ərazidəki yükü daşıya bilmir. Nəticədə kanalizasiya suları tez-tez küçəyə axır, həm antisanitariya yaradır, həm də ətrafda pis qoxu yayılır.

Sakinlər bildirib ki, kanalizasiya demək olar hər gün daşır, hər gün də müvafiq qurumun əməkdaşları gəlib tutulmuş borunu açmağa çalışırlar. pizza sifarişi

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə verilib. Gün ərzində problem aradan qaldırılacaq.

Xatırladaq ki, hazırda Binəqədi şosesində kanalizasiya xətti qurulur, lakin bu yeni tikilən yaşayış binası üçün nəzərdə tutulub.


Telegram kanalımız
Chosen
18
34
yenisabah.az

10Sources