EN

Həbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub RƏSMİ

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkəmizdə saxlanılan hər bir şəxs qanunvericiliyə uyğun olaraq yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur. Son günlər bəzi Rusiya KİV-lərində ölkəmizdə saxlanılmış Rusiya Federasiyası vətəndaşlarının guya vəkillə təmin olunmadığı barədə yayılan məlumatlar tamamilə əsassız və yalandır".

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəsmi açıqlama verib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin seçdikləri vəkillərlə müqavilə bağlamasına dair heç bir məhdudiyyət yoxdur:

"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olaraq tam məsuliyyətlə bəyan edirəm ki, saxlanılan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyasına hər hansı rəsmi müraciət və ya şikayət daxil olmayıb. Həmçinin bu şəxslərin özləri tərəfindən seçdikləri vəkillərlə müqavilə bağlamasına dair də heç bir məhdudiyyət yoxdur".

Anar Bağırov həmçinin vurğulayıb ki, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması və şiddətə məruz qalması, habelə Rusiyada həbs edilən azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı Vəkillər Kollegiyası tərəfindən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müvafiq müraciətlər olunub.

"Vəkillərə qarşı istənilən təzyiq və ya fiziki zorakılıq tamamilə yolverilməzdir və belə hallara yol verən şəxslər qanun qarşısında cavab verməlidirlər", - deyə o, əlavə edib.

Sonda Vəkillər Kollegiyasının sədri Rusiya mediasını obyektiv olmağa, Yekaterinburq şəhərində Azərbaycan və Rusiya bayraqları altında vəkil Şıxlinskilərə qarşı törədilmiş demonstrativ terror aktına diqqət ayırmağa və bu kimi hallara qarşı hüquqi mövqe sərgiləməyə çağırıb.

Kənan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
14
news.milli.az

10Sources