EN

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü Səbəb Alimentdir

Sfera.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birinin həyətində baş verib.

2006-cı ildə ailə həyatı quran Rasim və Natiqə bir müddət normal münasibət qurublar. Lakin sonradan aralarında tez-tez mübahisələr yaşanıb və nəticədə 2020-ci ildə cütlük məhkəmə qərarı ilə boşanıb. Məhkəmə onların bir evdə yaşamasına icazə verib.

Boşanmadan sonra tərəflər arasında aliment məsələsinə görə mütəmadi mübahisələr baş verib. Sonuncu insident isə fiziki qarşıdurma ilə nəticələnib.

İlkin məlumata görə, səhər saatlarında Rasim azyaşlı oğlunu bərbərə aparmaq istədiyi zaman Natiqə onunla yenidən mübahisə edib və aliment tələb edib. Mübahisə zamanı qadın həyətdəki ot yığmaq üçün istifadə olunan yabanla Rasimə hücum edərək onun baş və kürək nahiyəsinə xəsarətlər yetirib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub və araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Lakin məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə olunduğuna görə işə xitam verilib və qadın cinayət məsuliyyətindən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
33
sfera.az

10Sources