Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.
"Böyük Qayıdış sadəcə insanların öz doğma torpaqlarına fiziki dönüşü deyil, həm də milli kimliyə, tarixə və ədalətə dönüş prosesidir. Azərbaycan xalqı uzun illər boyu Qarabağ və Şərqi Zəngəzur torpaqlarının həsrətini yaşayıb. 2020-ci ildə əldə olunan tarixi Zəfər bu həsrətə son qoydu və indi artıq real şəkildə Böyük Qayıdış mərhələsinə qədəm qoymuşuq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu proses təkcə məcburi köçkünlərin evlərinə qaytarılması ilə yekunlaşmır. Böyük Qayıdış eyni zamanda həmin ərazilərin bərpası, iqtisadi inkişafı, təhlükəsizliyin təmin olunması və davamlı həyatın qurulması ilə müşayiət olunur: "Bu gün işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir – yollar çəkilir, məktəblər, xəstəxanalar, kəndlər və şəhərlər yenidən qurulur. Dövlət bu məsələdə həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik baxımından çox ciddi və sistemli yanaşma sərgiləyir. Ən önəmlisi isə odur ki, xalqımız öz doğma yurduna böyük inam və ümidlə qayıdır. Bu torpaqlarda həyat yenidən canlanır. Mədəni irsimiz, adət-ənənələrimiz bərpa olunur, yeni nəsillər Qarabağda doğulub boya-başa çatacaq.
Böyük Qayıdış həm də regionda sülh və əməkdaşlıq üçün yeni imkanların yaranması deməkdir. Çünki bu proses Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün ciddi əsas yaradır. Azərbaycanın prinsipial və ardıcıl siyasəti nəticəsində bu qayıdış mərhələsi təkcə daxili deyil, beynəlxalq müstəvidə də böyük maraq və dəstək doğurur. Nəticə etibarilə, Böyük Qayıdış Azərbaycanın milli birliyinin, ərazi bütövlüyünün və suverenliyinin təntənəsidir. Bu, bizim gələcək nəsillərə ötürəcəyimiz ən böyük tarixi miras olacaq”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.