Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) uğurlu sədrliyə görə Qazaxıstana təşəkkür edib.
Bakues.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi mənası var. İşğaldan azad edilmiş ərazilərdə artıq bir neçə tədbir keçirilmişdir.