Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
“İranın siyasi yaplanması dövlət əsasları ilə formalaşan yaplanma deyil. Mafiyalaşmış dövlətdir. Rəsmi olaraq Konstitutsiyada prezident var. Prezident xalq tərəfindən, yəni seçicilər tərəfindən seçilir və onun müəyyən məsuliyyətləri var. Dini rəhbərlik strukturu xalq tərəfindən seçilmir və o struktur dolayı olaraq, guya xalq tərəfindən seçilir. Amma onun hegemoniyası, onun gücü və onun seçilmiş orqanlara təsiri daha çoxdur, nəinki seçilmiş orqanların ona təsiri. Belə olanda elə bil ki, dövlət içində dövlət, mafiya içində mafiya formalaşır və bir neçə cəhətli olur. Məsələn; İran İnqilab keşikçiləri Ordusunun öz təhlükəsizlik orqanı var, prezident və ya icraedici orqanın öz təhlükəsizlik orqanı var və bunların bir birinə qarşı mübarizələri var, bir-birini sıradan çıxartmaq prosesləri var. Dini rəhbərliyin nəzdində mafiyalaşmış qruplar heç vaxt seçkili orqanların güclənməsinə imkan verməyib”.
Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi qeyd edib ki, Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncanidən tutmuş İslam inqilabının möhkəmlənməsində əsas prosesi aparan və Əli Xamenei dini rəhbər kimi ortaya qoyan, siyasi terrorları həyata keçirən bir növ Stalin rolunu oynayan adam gəlib elə bir mərhələyə çıxdı ki, dini rəhbərin ayağı gücləndikdən sonra bunu suyun altında boğdular.
Sadiq İsabəyli
“Sonra Seyid Məhəmməd Xatəmi səkkiz il islahatdan danışdı, islahatçılıqdan danışdı, guya İslami demokratiyadan danışdı və s. Səkkiz il prezidentlik dövründə televiziyaya çıxmasına imkan vermədilər və proseslərdən təcrid etdilər. Ruhullah Mustafavi Musəvi Xomeyninin oğlunu öldürdülər və nəvəsini sıradan çıxardılar. Həsən Ruhani dövrünə baxın, Mahmud Əhmədinejad dövrünə baxın. Hansına baxsanız görəcəksiniz ki, bunların hamısını zəiflədiblər”-deyə Sadiq İsabəyli bildirib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.