Demokrat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.
Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir və ölkədə saxlanılan hər kəs yüksək keyfiyyətli hüquqi yardımla təmin olunur:
"Bu gün Rusiyanın bir sıra KİV-lərində son günlər ölkəmizdə həbs olunmuş Rusiya vətəndaşlarının guya hüquqi yardımla təmin olunmaması barədə absurd və yalan məlumatlar yayılır. Vəkillər Kollegiyasının sədri olaraq tam məsuliyyətlə bildirirəm ki, həbs olunan bütün şəxslər vəkillə təmin olunublar və onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı hər hansı müraciət, şikayət Kollegiyaya daxil olmayıb".
Kollegiya sədri həmçinin həmin şəxslərin özlərinin seçdikləri vəkillə müqavilə bağlamaqda da heç bir məhdudiyyət olmadığını söyləyib:
"Əksinə, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması, şiddətə məruz qalması, Rusiyada həbs olunan soydaşlarımızın hüquqi yardımla təmin olunması ilə bağlı tərəfimizdən həm Rusiya Federal Vəkillər Palatasına, həm də beynəlxalq təşkilatlara müraciət olunub".
A.Bağırov qeyd edib ki, vəkillərə qarşı təzyiq və gücün tətbiqi tamamilə yolverilməzdir və təqsirkar şəxslər buna görə məsuliyyətə cəlb olunmalıdırlar:
10Sources
-
cebheinfo.azHəbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub - RƏSMİ ( 18955147)
-
azpost.infoHəbs olunan Rusiya vətəndaşları vəkillə təmin olunub- RƏSMİ ( 18949399)
-
infoaz.wsRusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı… ( 18947359)
-
hurriyyet.azYekaterinburq azərbaycanlıları ilə bağlı beynəlxalq təşkilatlara müraciət ( 18947122)
-
avtosfer.azYekaterinburq hadisələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi ( 18946162)
-
viral.azAnar Bağırov Rusiya mediasını Şıxlinskilərin döyülməsini işıqlandırmağa ÇAĞIRDI ( 18945694)
-
redaktor.azAnar Bağırov Rusiya mediasını Şıxlinskilərin döyülməsini işıqlandırmağa ÇAĞIRDI ( 18945610)
-
redaktor.azAnar Bağırov Rusiya mediasını Şıxlinskilərin döyülməsini işıqlandırmağa ÇAĞIRDI ( 18945499)
-
baki-xeber.comVəkillər Kollegiyası Yekaterinburqda baş vermiş hadisələrlə bağlı beynəlxalq təşkilatlara müraciət etdi ( 18943945)
-
manset.azVəkillər Kollegiyası Yekaterinburq insidenti ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib ( 18942844)