EN

Ağstafada gənclər bu səbəbdən kafenin yaxınlığında dava saldılar — TƏFƏRRÜAT

Ağstafa rayonunda həmkəndlilər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə Ağstafa rayon Dəmiryolu Vağzalının peronunda olan “Körpü” kafesinin yaxınlığında baş verib.

Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Orucov (ad-soyad şərtidir -red.) orada heç bir səbəb olmadan mübahisə yaradıb. 

Orada olan Pərviz Qarayevi vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən E. Orucov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə yaşayır: 

“Rəsmi olaraq heç bir yerdə işləmirəm, ot biçməklə məşğul olaraq ailəmi dolandırıram. Zərərçəkmiş şəxs həmyerlimdir, onunla münasibətlərim normal olub”. 

Müttəhimin sözlərinə görə, hadisə günü saat 19:20-də  Ağstafa şəhəri Dəmiryolu vağzalında olan çayxanaların birində tanışı Pərvizin başqa şəxslə əyləşərək çay içdiyini gördüm. 

Pərvizin əyləşdiyi masaya yaxınlaşaraq söhbət etmək üçün kənara çağırdım. “Körpü” kafesinin yan tərəfində Pərvizə özümün işim olduğu zaman ona iş verməyimi söylədim. Lakin iş olan zaman Pərvizin mənə iş barədə məlumat verməməsini bildirdim və irad tutdum. 

Pərviz ehtiyacı olduğu üçün iş olan zaman tək getmə üçün mənə xəbər etmədiyini bildirdi. Bundan sonra əsəbləşdim və əlimin arxası ilə onun üz nahiyəsinə bir dəfə vurdum. Sonra həmin yerdən uzaqlaşaraq getdim. Sonradan Pərvizdən üzrxahlıq etdim”.

İş üzrə zərərçəkmiş Pərvizin ifadəsinə görə, Ağstafa rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır: 

“Ağstafa Mənzil Kommunal birliyində fəhlə işləyirəm. Təqsirləndirilən şəxslə münasibətlərim normal olub. Əvvəllər aramızda hər hansı ədavət olmayıb. Hadisə günü saat 19:20-də Ağstafa şəhərindəki Dəmir yolu vağzalında yerləşən çayxanaların birində tanışım Ruslan ilə birlikdə çay içən zaman digər tanışım Elvin həmin çayxanaya gəldi. 

Əyləşdiyimiz masaya yaxınlaşaraq məni çağırdı. Biz söhbət edərək “Körpü” kafesinin yan tərəfinə getdik. Həmin yerdə olan zaman nə üçün iş olduğu zaman ona iş vermədiyimi bildirdi. Mən də ehtiyacım olduğu üçün işə özümün tək getdiyimi dedim. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Elvinə məndən uzaq olmasını deyərək sonu itələdim. O, da əlinin arxası ilə üz nahiyəmə zərbə vurdu. Bundan sonra onlar biz aralaşdıq. Mən də polisə şikayət etdim”. 

Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə təqsirli bilinib. 

Ona aylıq qazancından 20 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az
Chosen
6
31
demokrat.az

10Sources