İngiltərədəki 147 yaşlı "The Royal Hotel" təəccüblü şəkildə cəmi 1 funta (təxminən 2 azn) satışa çıxarılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əmlak investoru Naim Payman 2020-ci ildə İngiltərənin Ketterinq şəhərindəki tarixi II dərəcəli "The Royal Hotel"i 2,2 milyon funta satın alıb. Hoteli toy məkanı, restoran, gecə klubu və kafe kimi canlandırmağı planlaşdıran sahibkar layihəyə daha 1 milyon funt sterlinq xərcləyib. Lakin büdcəsi tükəndikdə o, hoteli cəmi 1 funt sterlinqə bazara çıxarmaqla həll yolunu tapıb.
Kraliça Viktoriya və yazıçı Çarlz Dikkens kimi Britaniya tarixində bir çox mühüm ada ev sahibliyi edən bu ikonik hotel indi özünə yeni sahib axtarır.Satışa daxil olan strukturlar arasında möhtəşəm bal zalı, şüşə qübbəli bilyard otağı, keçmiş bar sahəsi və müxtəlif tədbir məkanları var.
Amma alıcıların üzərinə də böyük yük düşür: hoteli tam bərpa etmək və onu orijinal dizaynına qaytarmaq üçün ən azı daha 1 milyon funt-sterlinq investisiya lazımdır.