Bakı. Trend:
Daimə korporativ müştərilər üçün yeni imkanlar yaradan ZiraatBank Azərbaycan bu dəfə xarici ticarətlə məşğul olan sahibkarlaraoperativ və geniş çeşidli bank xidmətlərini təqdim etmək məqsədiilə müxbir əlaqələrini genişləndirib. Dünyanın 20 ölkəsindəfəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü Ziraat BankAzərbaycan, Çin Xalq Respublikasında fəaliyyət göstərən nüfuzlumaliyyə institutunda Çin yuanı ilə köçürmələr üçün yeni müxbirhesab açıb.
Yeni müxbir hesab, Çinlə ticari əlaqələr quran hüquqi şəxslərinehtiyac və tələblərinə uyğun olaraq açılıb. Müştərilər ödənişlərinibirbaşa Yuan valyutası ilə həyata keçirə və əməliyyatlarını dahasəmərəli və sürətli şəkildə icra edə bilərlər.
Avropa, Amerika və Asiyanın aparıcı banklarında müxbirhesabların mövcudluğu, Ziraat Bank Azərbaycana öz müştərilərinədaha sürətli və əhatəli bank xidmətlərini təqdim etməyə imkanverir. Müxbir hesablarının geniş çeşidliyi Banka xarici ticarətləməşğul olan müştərilərinə keyfiyyətli bank xidmətləri təqdim etməküçün şərait yaradır.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir.Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmətgöstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvanşəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərəxidmət təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram,X-platforması,Linkedin,YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.