İtaliyanın paytaxtı Romanın cənub-şərq hissəsində yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Hadisə nəticəsində səkkizi polis əməkdaşı olmaqla azı 20 nəfər xəsarət alıb.
Bu barədə "Il Messaggero" xəbər yayıb.
Bildirilir ki, partlayışdan sonra ərazidə güclü yanğın başlayıb və alov yalnız müəyyən vaxt keçdikdən sonra lokallaşdırılıb.
Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib - mütəxəssislər insidentin bütün təfərrüatlarını araşdırır.
Hazırda hadisə yerində yanğınsöndürənlər və fövqəladə xidmət əməkdaşları işləyirlər. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı metro stansiyası müvəqqəti bağlanıb.