EN

Romada ardıcıl partlayışlar - Çoxlu yaralılar var

Roma yaxınlığındakı Villa De Santis bölgəsində yerləşən qaz anbarında baş verən partlayış nəticəsində 21 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. İlk partlayışdan sonra ərazidə kəskin qaz qoxusu yayıldığı bildirilib. Yanğın başlayıb və onun ardınca ikinci partlayış baş verib. Bu isə ətrafda böyük panikaya səbəb olub.

Partlayışın təsiri ilə anbardan bir neçə metr aralıda yerləşən idman klubuna da ciddi ziyan dəyib.

Hadisə ilə bağlı təcili xidmət əməkdaşları və yanğınsöndürənlər əraziyə cəlb olunub. Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.

Chosen
17
13
manset.az

10Sources