“Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaşı da polislər alır”.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, postsovet məkanında ölkənin təhlükəsizliyinin formalaşdırılmasında ən fəal iştirak edən Azərbaycan polisidir: pizza hut
“Onların sosial şəraiti gücləndirilməlidir. Gecə rahat yatırıqsa, bizi qoruyan polislərin sayəsindədir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər. 62 polisə Milli Qəhrəman adı verilib. Mən çox arzulayıram ki, polislərin maaşı artırılsın”.
Telegram kanalımız