EN

Sahil Babayev: “Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır”  

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Musavat.com xəbər verir ki, vurğulanıb ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 37161,8 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 2,1 faiz çox, dövlət büdcəsinin xərcləri 37713,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 551,8 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 6,1 dəfə az olub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq son oxunuşda qəbul edilib.

İclasda iştirak edən maliyyə naziri Sahil Babayev çıxışında bildirib ki, 2024-cü ildə də "Böyük qayıdış" proqramı uğurla icra edilib: “Bu icra çərçivəsində 15 mindən çox vətəndaşımız doğma yurdlarında məskunlaşdılar. Eyni zamanda ölkəmizin müdafiə qabiliyyəti gücləndirildi".

S.Babayev qeyd edib ki, 2024-cü ilin büdcəsi həm gəlir, həm də xərclərin icrasında müsbət dinamika göstərməklə yanaşı, eyni zamanda Azərbaycanın öz ehtiyatlarını daha da artırmasına imkan verib: “Bu gün Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır. Bu, getdikcə daha da artırılacaq. İnanıram ki, qısa müddətdən sonra növbəti ilin büdcəsinin müzakirəsinə başlayacayıq”.

E.Paşasoy,
Musavat.com

Chosen
12
18
musavat.com

10Sources