Dərgi.az xəbər verir ki, başına tac qoyub obyektiv qarşısına keçən ifaçı, saytımıza açıqlamasında, cəsarətli addımına belə şərh verib:
“Səsimə və istedadıma çox güvənirəm. Səhnədə olduğum ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu məndə alınır. Başımda tacla şəkil çəkdirmək komandamın istəyi və ideyası oldu”.
“Görüntülərdən bu qənaətə gəlmək olar ki, Azərbaycan şou-biznesinin taclı xanım ulduzu bundan sonra Camilla olacaq” sualına ifaçı özünəməxsus şəkildə cavab verib:
“Özüm-özümü tərifləmək istəmirəm. Amma, həqiqətən, Camilla olaraq həmişə seçilmişəm. Heç kimin xətrinə dəymək istəmirəm. Azərbaycan şou – biznesin divası var, o da Xalq artisti Aygün Kazımovadır. Niyə də bu sahənin “Afrodita”sı olmasın? Məncə, bu tac məndən başqa heç bir xanım müğənnisinə yaraşmaz”.
Bundan başqa Camilla bildirib ki, tezliklə şou-biznesi şoka salacaq layihə təqdim edəcək.
Belə ki, müğənninin tacın müəllifi isə dizayner İlahə Məmmədovadır (Əliyeva) .
Camillanın stilinin üzərində isə uzun müddətdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, klip və fotosessiyalarında baş stilist olaraq çalışan Kryolan İlhamə işləyib.