EN

Radamel Falkao klubsuz qaldı

Futbol üzrə Kolumbiya milli komandasının sabiq hücumçusu Radamel Falkao ölkəsinin “Milyonarios” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə başa çatmış müqavilənin yenilənmədiyi diqqətə çatdırılıb. Klub təcrübəli oyunçuya xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi. O, “Milyonarios”un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.

Onu da qeyd edək ki, Falkao 13 yaşına kimi “Milyonarios”un yeniyetmələrdən ibarət komandasında çıxış edib. Forvard karyerası ərzində “Qalatasaray”, “Monako”, “Çelsi”, “Mançester Yunayted”, “Atletiko”, “Portu”, “River Pleyt” və “Rayo Valyekano” kimi klublarda da forma geyinib.

Radamel Falkaonun qazandığı titulların siyahısı da genişdir:

“River Pleyt”lə Argentina çempionu (2008)
“Portu” ilə Portuqaliya Kubokunun qalibi (2010, 2011)
“Portu” ilə Portuqaliya çempionu (2010/11, 2011/12)
“Portu” ilə Avropa Liqasının qalibi (2010/11)
“Portu” ilə Portuqaliya Super Kubokunun qalibi (2011, 2012)
“Atletiko” ilə Avropa Liqasıbın qalibi (2011/12)
“Atletiko” ilə İspaniya Kubokunun qalibi (2012/12)
“Atletiko” ilə Avropa Super Kubokununun (2012/2013)
“Monako” ilə Fransa çempionu (2016/2017)

Radamel 2007-ci ilin fevral ayında debüt etdiyi Kolumbiya milli komandasının heyətində 105 oyuna çıxıb, 36 qol vurub, 4 assis müəllifi olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 150 min avro məbləğində qiymətləndirir.

Chosen
5
9
arena.az

8Sources