EN

Azərbaycan-Rusiya gərginliyinin aradan qalxmasının BİR YOLU VAR

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi  (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evlərinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib, 9 soydaşımız həbs olunub.

Məhz bu hadisədən sonra iki ölkə arasında diplomatik, siyasi gərginlik yaranıb.

“Gərginliyin aradan qalxması üçün ilk addımı Rusiya atmalıdır”

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı mövcud gərginliyi aradan qaldırmaq üçün birinci addımı Kreml atmalıdır:

“Çünki münasibətlərin kəskinləşməsinin təşəbbüskarı Azərbaycan olmayıb. Ötən il mülki təyyarəmizi də vurdular. Nə düz-əməlli üzr istədilər, nə kompensasiya ödənildi, nə də cinayətkarlar cəzalandırıldı. Azərbaycan Prezidenti dəfələrlə bu məsələni qaldırdı. Yekaterinburqdakı son hadisə, azərbaycanlı iş adamlarının, miqrantlarımızın sıxışdırılmasının şahidi olduq. Bu məsələnin də üstündən keçsələr, araşdırma aparmasalar, azərbaycanlıları öldürən polislər cəzalarını almasalar, münasibətin normallaşacağından danışmaq çətin olacaq”.

Politoloq qeyd edib ki, Azərbaycan bu gərginlikdə maraqlı deyil:

“Azərbaycan qonşularla normal münasibət, tərəfdaşlıq istəyir. Amma qarşı tərəf münasibətləri qəsdən korlayırsa, gərginliyi artırırsa, Azərbaycandan da adekvat cavablar alacaq. Ona görə də münasibətlərin normallaşması, onun 6-7 ay əvvəlki səviyyəyə qaytarılması üçün Rusiya ilk addımı atmalıdır. Gərək, Rusiya hərəkət etsin ki, Azərbaycan ona uyğun davranış sərgiləsin”.

Chosen
15
50
modern.az

10Sources