EN

Niderland Rusiyanın qadağan olunmuş kimyəvi silahlardan istifadəsinə dair çoxsaylı sübut toplayıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi kimyəvi silahlar geniş miqyas alıb.

APA xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans “Reuters”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Niderlandın kəşfiyyat orqanları Rusiyanın qadağan olunmuş kimyəvi silahlardan istifadəsi ilə bağlı çoxsaylı sübutlar toplayıb.

Brekelmans Rusiyanın kimyəvi silahlardan istifadəsinin getdikcə artdığını və geniş miqyas aldığını diqqətə çatdırıb.

Niderlandlı nazir Moskvaya qarşı sanksiyaların şiddətləndirilməli olduğunu əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
8
apa.az

10Sources