ain.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Haymoritin antibiotiksiz müalicəsi üçün unikal üsul işlənib hazırlanmışdır
Alimlər burun sinuslarının çətin əlçatan nahiyələrinə nüfuz edə bilən və bakterial bioplyonkaları effektiv şəkildə məhv edən mikrorobotlar hazırlayıblar.Bu barədə Oxuməni.az "Lenta.Ru"-ya istinadən xəbər verir.
“Science Advances” (SA) jurnalında təqdim olunan yeni sistem özündə maqnit nəzarəti, fiber-optik işıqlandırma və fotokatalitik aktivliyi birləşdirir ki, bu da özlü irinli iltihab şəraitində belə dəqiq terapiya aparmağa imkan verir.
CBMR adlanan mikrorobotlar mis atomları ilə zənginləşdirilmiş BiOI materialından ibarətdir. Onlar fiber-optik zond vasitəsilə verilən görünən işıqla aktivləşdirilir və oksigenin aktiv formalarını - bakteriya divarlarını məhv edən molekulları buraxmağa başlayırlar. Eyni zamanda, fototermal effekt təsirlənmiş ərazidə temperaturu artırır, irin özlülüyünü azaldır və robotun adi haldan üç dəfədən çox dərinliyə nüfuz etməsinə imkan verir.
Cihaz maqnit sahəsi ilə idarə oluna və rentgen şüalarından istifadə edərək izlənilə bilər. Dovşan sinüziti modeli üzərində aparılan sınaqlarda texnologiya yüksək effektiv olduğunu sübut etdi: mikrorobotlar iltihab ocaqlarına çatdı və xroniki infeksiyaların əsas səbəbi olan biofilmləri məhv edərək bakterial aktivliyi azaldıb.
Tədqiqatçılar vurğulayırlar ki, yanaşma ənənəvi antibiotiklərin kifayət qədər təsirli olmadığı digər dərin infeksiyaların müalicəsi üçün uyğunlaşdırıla bilər.
Almaz Həsənli
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.