EN

Daha bir futbolçu qəza törətdi, bacısı öldü

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

"Legiya"nın 17 yaşlı oyunçusu Ksaveri Ejevski qəza törədib.

Axar.az xəbər verir ki, futbolçunun olduğu maşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində Ejevski hospitala yerləşdirilib, maşında olan bacısı isə hadisə yerində keçinib.

Futbolçunun vəziyyətinin ağır olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbəb sürət həddinin aşılması olub.

Xatırladaq ki, ötən gün "Liverpul"un futbolçusu Dioqo Jota və qardaşı avtomobil qəzasında dünyasını dəyişmişdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
axar.az

1Sources