EN

Avropanın üç klubu Toral Bayramovun transferində maraqlıdır

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Polşa klubları "Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Toral Bayramovun transferində israrlıdır.

Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, çempionluğa iddia edəcək heyət qurmağa çalışan "Rakuv"un növbəti hədəfi məhz həmyerlimizdir.

Çenstoxova təmsilçisi 24 yaşlı oyunçunun keçidi sayəsində müdafiənin sol cinahındakı boşluğu dolduracağını düşünür. Onun "Qarabağ"dakı statistik göstəriciləri - ötən mövsüm 51 oyunda 9 qol və 10 assistlə yadda qalması Polşa komandasının qərarını qətiləşdirməsinə səbəb olub. Baş məşqçi Marek Papşu da Toralın onun oyun üslubuna uyğun olduğunu düşünür.

Lakin "Rakuv" Toralı istəyən yeganə Polşa təmsilçisi deyil. Ekstraklasanın digər nəhəngləri "Lex" və "Legiya" da Bayramovu izləyirlər. Düzdür, hazırda Polşada ən real variant kimi "Rakuv" sayılır. Ancaq Avropanın digər ölkələrindən, xüsusən də, Belçikadan təklifin olması millimizin üzvünün seçim imkanlarını genişləndirir. Futbolçunun özü üçün təkcə maddi şərtlər deyil, komandanın iddiası, orada müntəzəm oynamaq perspektivi və avrokuboklarda iştirak da vacibdir.

Qeyd edək ki, Toral Bayramovun "Qarabağ"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
oxu.az

5Sources