EN

Dünya Kuboku: daha iki boksçumuz yarımfinala yüksəlib

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın daha iki boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.Azərbaycan Boks Federasiyasından Reyting.az-a bildirilib ki, yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə döyüşəcək.Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən boksçularımız final uğrunda görüşə iyulun 5-də rinqə çıxacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
49
reyting.az

10Sources