2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan ümumilikdə 17,48 ton dondurma və digər buz növləri ixrac edib.
Valyuta.az xəbər verir ki, bu məhsulların xaricə göndərilməsi üçün ümumilikdə 74,53 min ABŞ dolları dəyərində ixrac əməliyyatı həyata keçirilib.
Bu müddət ərzində əsas ixrac istiqamətləri Türkmənistan və İsrail olub.
Belə ki, Türkmənistana 8,06 ton dondurma və buz məhsulları göndərilib. Bu məhsulların ümumi dəyəri 31,51 min dollar olub. Hesablamalara görə, Türkmənistana ixrac olunan dondurmanın 1 kiloqramı 3,9 ABŞ dolları, yəni təxminən 6,64 manata başa gəlib.
İsrailə isə 9,43 ton dondurma ixrac olunub və bu ixracın dəyəri 43,02 min dollar təşkil edib. Burada 1 kiloqram məhsulun qiyməti təxminən 4,5 dollar və ya 7,7 manat olub.
Sərvanə Rəmixanova