Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Seymur Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 08 dekabr 2024-cü ildə Zaqatala rayonunun Mosul kəndində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı dostu, 1994-cü il təvəllüdlü Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata görə, hadisədən əvvəl dostlar kafedə yeyib-içiblər.
Kamal Məmmədov