EN

Rusiyada 14 yaşlı yeniyetmə terrorçu elan olunub

Rusiyada

Rusiyada 14 yaşlı yeniyetməni terrorçu elan edib, adını "Rosfinmonitorinq"-in siyahısına şübhəli şəxs qismində yazıblar.

Reyting.az
xəbər verir ki, Rusiya hakimiyyətinin terrorçu elan etdiyiyeniyetmə Orenburqdandır.

Məlumata görə, ilk dəfədir ki, 2011-ci il təvəllüdlü vətəndaş terrorçu kimi siyahıya əlavə olunub.

Teleqram kanalları yazır ki, siyahının “gəncləşməsi” yeni planlardan xəbər verir.

Bu şəxsin ad-soyadı da artıq dəqiqləşdirilib: 13 aprel 2011-ci ildə Orenburqda anadan olmuş Şaqatov Amir Tulegenoviç.

A. Şaqatovun adının yanında ulduz işarəsi var. Bu, onun terrorizmdə şübhəli bilindiyini, həmçinin böyük ehtimalla Rusiya dövləti üçün çox təhlükəli bir terrorçu olduğunu göstərir. Lakin bununla belə, konkret olaraq bu yeniyetmənin nəyə görə ittiham edildiyiaçıqlanmır.

Oqtay QORÇU
Chosen
52
50
reyting.az

10Sources