EN

Türkiyədəki meşə yanğınlarını PKK törədib?

BAKI, 3 iyul. TELEQRAF

Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) ölkədəki meşə yanğınlarına görə məsuliyyəti PKK-ya bağlı bir qrupun öz üzərinə götürdüyü iddiaları dezinformasiya adlandırıb.

Teleqraf xəbər verir ki, DMM İzmir, Manisa və Hatayda baş verən meşə yanğınlarının terror təşkilatı PKK-ya bağlı bir qrup tərəfindən üstlənildiyini iddia edən yazıların həqiqəti əks etdirmədiyini bəyan edib.

"Meşə yanğınlarının davam etdiyi bir vaxtda təxribatlar yaratmaq, dövlət qurumlarını hədəfə almaq və cəmiyyətdə panikaya səbəb olacaq məsuliyyətsiz bəyanatlar vermək ictimai vicdanda və qanunda tamamilə qəbuledilməz davranışlardır. İddialara əsas kimi göstərilən vizual və mətnin terror təşkilatı təbliğatı aparan 10 oktyabr 2020-ci il tarixli qeyri-qanuni "Nuçe Ciwan" saytından götürüldüyü və paylaşılan məzmunun mövcud yanğınlarla heç bir əlaqəsi olmadığı aydın şəkildə başa düşülür. Heç bir mənbəyə əsaslanmayan iddiaların siyasi materiala çevrilməsi ən azı yanğınlar qədər təhlükəlidir” - deyə, məlumatda qeyd olunur.

Chosen
15
9
teleqraf.com

10Sources