EN

Rusiya ordusu PUA-larla Ukraynanın müxtəlif bölgələrinə hücum edib - YENİLƏNİB

Paytaxt Kiyev ballistik raketlərin hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu haqda Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kiyevin meri Vitali Kliçko Şevçenkivski, Solomenski və Darnitski rayonlarında dağıntılar olduğunu bildirib.

Kiyev vilayətində Rusiya ordusunun hücumları nəticəsində 11 müxtəlif bölgədə dağıntılara səbəb olduğu bildirilir.

"Xeyli sayda yaşayış binası zədələnib. Eyni zamanda, hücum dayanmır. Kiyevin üstündə çoxlu hədəflər var. Bizimkilər bütün rayonlarda rus PUA-ları ilə mübarizə aparırlar. Sığınacaqlarda qalın", - HHM qüvvələrinin yaydığı məlumatda deyilir.

***

01:59

Ukraynanın bir sıra bölgələri Rusiya ordusu tərəfindən PUA hücumuna məruz qalıb.

APA xəbər verir ki, Hava Hücumundan Müdafiə sistemlərinin işə düşməsi nəticəsində paytaxt Kiyev səmasında bir neçə PUA vurulub və onların qalıqlarının düşməsi nəticəsində bəzi bölgələrdə yanğın meydana gəlib.

İnsan tələfatı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı edildiyi bildirilir. Rusiya ordusuna məxsus PUA-lar bundan başqa Sumı, Çerniqov, Poltava, Çerkassı, Xarkov, Kirovoqrad, Dnepropetrovsk vilayətlərində, həmçinin Nikolayev və Odessa səmasında qeydə alınıb.

Chosen
38
50
apa.az

10Sources