EN

ABŞ "vicdanla ticarət danışıqları" aparan ölkələrə 10% gömrük rüsumu tətbiq edəcək

Bakı. Trend:

ABŞ, Vaşinqtonla "vicdanla ticarət danışıqları" aparan ölkələrəqarşı 10%-lik gömrük rüsumu tətbiq edəcək.

Trend xəbər verirki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent"Bloomberg TV"yə müsahibəsində bildirib.

“Prezident Donald Tramp, "vicdanla danışıqlar aparan" ölkələrimükafatlandırmaq istəyir. Hesab edirəm ki, belə ölkələrin sayı100-ə yaxın olacaq. Onlar ilkin mərhələdə minimum 10% gömrükrüsumuna tabe tutulacaq, daha sonra vəziyyətə baxacağıq”, – deyə oqeyd edib.

Bessent əlavə edib ki, iyulun 9-na qədər olan müddətdə ABŞ iləmüxtəlif ölkələr arasında “ticarət sövdələşmələrinin kaskadı” başverə bilər.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkəvə ərazinin mallarına gömrük rüsumları tətbiq ediləcəyiniaçıqlamışdı. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyəminib, fərdi tariflərin tətbiqinə isə aprelin 9-dan başlanılıb.

Həmin gün Tramp, bəzi ölkələr üçün cavab tariflərinin 90 günmüddətinə dayandırıldığını da elan etmişdi. Bu dövrdə universal 10%rüsum tətbiq olunur.

İyunun 27-də isə Tramp bildirib ki, təxminən bir həftə yarımərzində ABŞ ayrı-ayrı ölkələrlə ticarət sazişləri bağlamadığıtəqdirdə, həmin ölkələrə Amerikan bazarına çıxış şərtləri və onlaratətbiq ediləcək rüsum dərəcələri barədə məlumat veriləcək.

Chosen
31
50
az.trend.az

10Sources